Riyad şəhərində yayılan qrip epidemiyası "Əl-Nəsr" klubundan yan keçməyib.

Offsideplus.az xəbər verir ki, titulun taleyini həll edəcək həlledici matçlara cəmi bir neçə həftə qalmış, komandanın heyəti ciddi şəkildə seyrəlib.

​Hazırda klubun bir çox əsas heyət üzvü qrip səbəbindən sıradan çıxıb. Siyahıda aşağıdakı adlar yer alır:

  • ​Sadio Mane (Seneqal)
  • ​Kinqsli Koman (Fransa)
  • ​Mohamed Simakan (Fransa)
  • ​Marselo Brozoviç (Xorvatiya)
  • ​Sultan Əl-Qənəm (Səudiyyə Ərəbistanı)
  • ​Əli Əl-Həsən (Səudiyyə Ərəbistanı)

​Komanda üçün yeganə təsəlliverici xəbər portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə bağlıdır. Məlumata görə, virus ulduz futbolçuya təsir etməyib və o, heyətdəki yerini qoruyur.

​"Əl-Nəsr"in bu itkilərlə həlledici oyunlarda necə performans sərgiləyəcəyi azarkeşlər tərəfindən böyük maraq və narahatlıqla gözlənilir.