"Barselona" yay "transfer pəncərəsi"ndə heyətində ciddi dəyişikliklər edə bilər.
Offsideplus.az xəbər verir ki, Kataloniya klubu maliyyə vəziyyətini düzəltmək üçün bir neçə müdafiəçisini satmağı planlaşdırır.
"Diario Sport"un yaydığı məlumata görə, rəhbərlik Alexandro Balde, Jül Kunde və Ronald Arauxo üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.
Klub rəsmiləri bu futbolçuların satışından maksimum qazanc əldə etmək niyyətindədir və potensial alıcılara heç bir qiymət güzəşti edilməyəcəyi bildirilir.
Qeyd edək ki, hazırda "Barselona" La Liqada 85 xalla inamlı liderliyini davam etdirir və ən yaxın izləyicisi "Real Madrid"i 11 xal qabaqlayır.


