"Real Madrid" rəhbərliyi yeni baş məşqçinin təyinatı ilə bağlı qərarını yaxın zamanda elan etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klubun bu addımı xüsusilə qarşıdan gələn "Barselona" ilə matçın nəticəsindən asılı olacaq. Belə ki, komanda əzəli rəqibinə məğlub olacağı təqdirdə, rəsmi açıqlamanın sürətləndiriləcəyi gözlənilir.
Hazırda Madrid təmsilçisinin rəhbərliyi komandadakı vəziyyəti sabitləşdirmək üçün namizədlər üzərində son müzakirələri aparır.


