Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında milli komandamızın qazandığı tarixi uğuru şərh edib.

Offsideplus.az xəbər verir ki, federasiya rəhbəri özünün "X" hesabında idmançıların qitə birinciliyindəki parlaq nəticələrini yüksək qiymətləndirib:

"Tiranada 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanan komandamız növbəti tarixi uğura imza atdı. Həm yunan-Roma, həm də sərbəst güləş millilərimizin komanda hesabında Avropa çempionu olması qürurvericidir. Xüsusilə sərbəst güləşçilərimizin medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsini göstərməsini vurğulamaq lazımdır. İdmançılarımızı, məşqçilərimizi və onların ailələrini ürəkdən təbrik edir, Azərbaycan idmanına yeni qələbələr arzulayıram".