Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatı Azərbaycan milli komandası üçün tarixi uğurlarla başa çatdı.

Offsideplus.az xəbər verir ki, pəhləvanlarımız yarışı ümumilikdə 13 medalla yekunlaşdıraraq qitənin ən güclüləri arasında olduqlarını bir daha sübut etdilər.

​Sərbəst güləşçilərimiz xal hesabında rəqiblərini qabaqlayaraq zirvədə qərarlaşıblar:

  • Qızıl: Giorgi Meşvildişvili (125 kq)
  • ​Qızıl: Əli Tsokayev (92 kq)
  • ​Qızıl: İslam Bazarqanov (57 kq)
  • ​Gümüş: Arseniy Djioyev (86 kq)
  • ​Gümüş: Turan Bayramov (74 kq)
  • ​Bürünc: Cəbrayıl Həsənov (79 kq)

​Klassik güləşçilərimiz də ənənəyə sadiq qalaraq Avropanın ən yaxşısı olduqlarını sübut ediblər:

  • Qızıl: Həsrət Cəfərov (67 kq)
  • ​Qızıl: Qurban Qurbanov (82 kq)
  • ​Bürünc: Rəşad Məmmədov (55 kq)
  • ​Bürünc: Nihat Məmmədli (60 kq)
  • ​Bürünc: İslam Abbasov (87 kq)

​Xanım idmançılarımız da çempionatı medalsız başa vurmayıblar:

  • Bürünc: Jalə Əliyeva (57 kq)
  • ​Bürünc: Günay Qurbanova (59 kq)

​Yarışın sonuncu günündə sərbəst güləşçilərimiz Ali Tsokayev və Giorgi Meşvildişvilinin qızıl medalları Azərbaycanın ümumi medal sıralamasındakı mövqeyini daha da möhkəmləndirdi.