"Real Madrid" PSJ-nin gənc futbolçusu Senni Mayulunu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "kral klubu" 19 yaşlı oyunçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

Onu Kilian Mbappe klub rəhbərliyinə tövsiyə edib.

Mayulu 14 yaşından bəri PSJ-nin üzvüdür. O, artıq 3 mövsümdür əsas komandada çıxış edir.

19 yaşlı yarımmüdafiəçi cari mövsüm 35 oyunda meydanda olub və 6 qol vurmağı bacarıb.