"Real Madrid" klubunun daxilində ulduz futbolçular arasındakı nüfuz savaşı ilə bağlı maraqlı iddialar ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda üzvlərinin böyük əksəriyyəti Kilian Mbappe ilə müqayisədə Vinisius Juniora daha çox rəğbət bəsləyir.

​Kilian Mbappenin zədəli olduğu müddətdə baş məşqçi Arbeloanın rəhbərliyi altında "Real Madrid" böyük oyunlarda müsbət nəticələr əldə etməyi bacarıb. Bu dövrdə Vinisius Junior meydanda əsl lider kimi çıxış edib və digər oyunçular onun arxasınca gediblər.

​İddialara görə, Mbappe indiyədək komanda daxilində belə bir müsbət dinamika və liderlik abu-havası yarada bilməyib. Onun meydandakı davranışı və komanda yoldaşları ilə münasibəti "tənha lider" təəssüratı yaradır.

​Vinisius komandanı ətrafında birləşdirə bildiyi halda, Mbappe hələ də bu harmoniyanı yaxalaya bilməyib.

​Fransız ulduzun sahədəki yalnızlığı və digər oyunçularla koordinasiya çatışmazlığı aydın şəkildə nəzərə çarpır.

​Görünən odur ki, "Real Madrid"in daxili iyerarxiyasında oyunçuların seçimi artıq bəllidir: komanda Viniyə güvənir.