Azərbaycan güləşçilərinin zəfər yürüşü davam edir.
Offsideplus.az xəbər verir ki, ağır çəkidə ölkəmizi təmsil edən Giorgi Meşvildişvili rəqiblərinə heç bir şans tanımayaraq növbəti dəfə zirvəyə yüksəldi.
125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız final qarşılaşmasında Macarıstan təmsilçisi Vladislav Baytsayev ilə qarşılaşıb. Görüş boyu tam üstünlük nümayiş etdirən Giorgi, rəqibini 8:0 kimi darmadağın edici hesabla məğlub etdi.
Bu parlaq qələbə ilə o, karyerasında 2-ci dəfə Avropa çempionu tituluna sahib çıxıb.


