Azərbaycanın sərbəst güləş üzrə milli komandası Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında möhtəşəm uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, güləşçilərimiz turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vuraraq komanda hesabında 152 xalla növbəti dəfə çempionluq sevincini yaşayıblar.

​Bu nəticə ilə millimiz medalların əyarına görə 2009-cu ildən bəri ən yaxşı göstəricisini nümayiş etdirib. Komandamız rəqiblərini böyük xal fərqi ilə geridə qoyub:

  1. ​Azərbaycan: 152 xal (Çempion)
  2. ​Gürcüstan: 94 xal
  3. ​Ermənistan: 73 xal

​Azərbaycan seçməsi ən yaxın izləyicisi olan Gürcüstan yığmasını 58 xal qabaqlayaraq qitədəki hegemonluğunu bir daha sübut edib.

​Tiranada fəxri kürsüyə qalxan idmançılarımız:

  • ​Qızıl: İslam Bazarqanov (57 kq)
  • Qızıl: Əli Tsokayev (92 kq)
  • ​Qızıl: Giorgi Meşvildişvili (125 kq)
  • ​Gümüş: Turan Bayramov (74 kq)
  • Gümüş: Arseniy Djioyev (86 kq)
  • ​Bürünc: Cəbrayıl Hacıyev (79 kq)

​Bu, milli komandamızın Avropa çempionatları tarixində qazandığı 6-cı komanda çempionluğudur.

Pəhlivanlarımızı bu möhtəşəm və tarixi qələbə münasibətilə təbrik edirik!