Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti yarış gününə start verilir.

Offsideplus.az xəbər verir ki. turnirin 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Təmsilçilərimizin ilk qarşılaşmaları belə olacaq:

Təsnifat mərhələsi:

  • 55 kq: Abbas Şəfiyev — Temirlan Murat (Qazaxıstan)

  • 65 kq: Rəşid Nazarov — Erik Papikyan (Ermənistan)

  • 110 kq: Hakim Tağıyev — Behruz Aşirov (Özbəkistan)

1/8 final:

  • 48 kq: Hüseyn Rzazadə — Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan) cütünün qalibi

  • 80 kq: Nihad Süleymanlı — Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan) cütünün qalibi