İtaliya A Seriyasının 34-cü turunda baş tutan "Milan" və "Yuventus" qarşılaşması qolsuz bərabərliklə başa çatıb.
Offsideplus.az xəbər verir ki, hər iki komanda üçün əhəmiyyətli olan bu matçda qapılara yol tapılmayıb (0-0).
ABŞ milli komandasının üzvləri Kristian Pulişiç ("Milan") və Uinston Makkenni ("Yuventus") oyuna əsas heyətdə başlayıblar. Lakin onların qarşıdurması qalib müəyyən etməyib.
Bu nəticə hər iki klubun xeyrinə olmayıb. Lider "İnter"dən xeyli geridə qalan rəqiblər çempionluq yarışına rəsmən vida ediblər.
Bu bərabərlikdən sonra hər iki komanda turnir cədvəlindəki mövqelərini qorusa da, zirvə ilə fərqin açılmasına mane ola bilməyiblər.


