"Tottenhem"in və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons ağır zədə səbəbindən həm mövsümün qalanını, həm də qarşıdakı dünya çempionatını qaçıracaq.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqada "Vulverhempton"a qarşı keçirilən matçda dizindən ciddi zədə alaraq meydanı xərəkdə tərk edib. İlkin diaqnoz oyunçunun sağ dizinin ön çarpaz bağlarının (ACL) qırıldığını göstərir.

Simons "Instaqram" hesabında etdiyi paylaşımda kədərini belə ifadə edib:

"Həyat bəzən amansız olur. Mövsüm mənim üçün bitdi, bunu qəbul etməyə çalışıram. Qəlbim qırılıb... Bu yay ölkəmi Dünya Kubokunda təmsil etmək xəyallarım boşa çıxdı".