Sərbəst güləş üzrə Avropa çempionu Ali Tsokayev (92 kq) öz təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamalar verib:

“Böyüklər arasında Avropa çempionatında debütüm idi. Ötən ay U-23-də çempion olmuşdum. Üstümdə əməyi olan məşqçilərə və mənə dəstək olanlara minnətdaram. Final gərgin keçdi, bir qədər təzyiq hiss olunurdu və istədiyim kimi başlamadı. Amma şükür ki, nəticəni xeyrimə dəyişdim. Gələn il inşallah 97 kq çəkidə çıxış etməyi planlaşdırıram”.

Qeyd edək ki, A. Tsokayev finalda Ahmed Batayevə 5:3 hesabı ilə qalib gələrək qitənin ən güclüsü olub.