NBA, "Denver Naqqets"in superulduzu Nikola Yokiçi və "Minnesota Timbervulvz"un oyunçusu Culius Rendlı şənbə günü baş tutan pley-off matçının son saniyələrində baş verən insidentə görə cərimələyib.

Offsideplus.az xəbər verir ki, üçqat MVP Yokiç 50 000 dollar, Rendl isə 35 000 dollar məbləğində cərimə olunub. Lakin hər iki basketbolçu diskvalifikasiya edilmədiyi üçün Qərb konfransının seriyası çərçivəsində bazar ertəsi keçiriləcək beşinci oyunda iştirak edə biləcəklər.

Qeyd edək ki, Minnesota şənbə günü 112:96 hesabı ilə qalib gələrək seriyada 3-1 hesabı ilə önə keçib. Matçın son saniyələrində "Timbervulvz"un oyunçusu Ceyden Makdanielsin fərq onsuz da böyük olduğu halda xal atması tərəflər arasında gərginliyə səbəb olmuşdu.