Polşalı ulduz İqa Şviontek virus infeksiyası səbəbindən Madrid Masters turniri ilə vaxtından əvvəl vidalaşıb.

Offsideplus.az xəbər verir ki, 2024-cü ilin çempionu amerikalı Enn Li ilə qarşılaşmanın üçüncü setində (0-3) mübarizəni dayandırmalı olub.

Altıqat "Böyük Dəbilqə" çempionu son iki gündür mədə virusu ilə mübarizə apardığını və özünü çox pis hiss etdiyini bildirib.

"Dünən vəziyyətim daha ağır idi, bu gün isə fiziki cəhətdən tamamilə gücsüz idim. Eşitdiyimə görə, bu virus oyunçular arasında yayılıb," – deyə Şviontek qeyd edib.

Digər tərəfdən, turnirin son çempionu Arina Sabalenka qalibiyyət seriyasını 14 matça çatdıraraq növbəti mərhələyə yüksəlib.