Azərbaycan Basketbol Liqasında yarımfinalın son oyunu baş tutub.
Offsideplus.az xəbər verir ki, "Neftçi" və "Abşeron Lions" komandaları üz-üzə gəlib.
Bu oyunda da "şirlər" qələbə qazanıb və qalibiyyət sayını 2-yə çatdıraraq finala vəsiqə qazanıb.
Qeyd edək ki, onların finaldakı rəqibi "Gəncə"ni hər iki oyunda məğlub edən "Sabah" olacaq.
ABL, yarımfinal mərhələsi
26 aprel (bazar)
14:00 "Neftçi" - "Abşeron Lions" 81:90 (26:30, 22:18, 16:21, 17:20)
Seriyada hesab: 0:2
Bakı İdman Sarayı


