Albaniyanın paytaxtı Tiranada davam edən Avropa çempionatında sərbəst güləş millimizin aktivinə daha bir medal yazılıb.
Offsideplus.az xəbər verir ki, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal üçün döşək üzərinə çıxıb.
O, Şimali Makedoniya təmsilçisi Rasul Şapiyevə 8:0 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, sərbəst güləş yığmamızın heyətində İslam Bazarqanov (57 kq) qızıl medala yiyələnib.
Artıq yunan-Roma güləşi üzrə milli komandamız Avropada birinci olub. Onlardan Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar. Qadın güləşçilərimiz Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da yarışı bürünc mükafatla başa vurublar.


