“Çətin oyun oldu”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən “Qəbələ” - “Araz-Naxçıvan” oyunu haqqında fikirlərini bölüşüb: "İlk hissədə oyuna nəzarət edə bildik, bəzi epizodlarda üstün görünürdük, lakin rəqibimiz hücumda kifayət qədər təhlükəli idi. Təəssüf ki, üstünlüklərimizi qola çevirə bilmədik. Futbolda belə bir qayda var: sən qol vurmursansa, sənə qol vuracaqlar. Bu gün də bunun nəticəsini gördük — qapımızda qol gördük. Böyük futbol xırda detallardan ibarətdir. Oyunun sonunda qol vurmaq üçün imkanımız olsa da, bundan yararlana bilmədik”.
Baş məşqçi komandanın oyununda bir çox çatışmazlıqların olduğunu vurğulayıb:
“Bəzi məqamlarda üstün olsaq da, texniki tərəfdən oyunumuzdan razı deyilik. Hazırda əlimizdə olan oyunçularla işləyirik. Komandanı mən qurmamam və mövcud futbolçularla inkişaf etməyə çalışırıq”.
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. 76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.


