Albaniyanın paytaxtı Tiranada davam edən Avropa çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, sərbəst güləşçimiz İslam Bazarqanov qızıl medal uğrunda Musa Mehtixanovla (UWW) qarşılaşıb. 

57 kq-da mübarizə aparsn İslam finalda rusiyalı rəqibinə 8:6 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Digər bir təmsilçimiz Rəşid Babazadə isə bürünc medal uğrunda döyüşdə məğlub olub. O, ermənistanlı rəqibi Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.

Qeyd edək ki, artıq yunan-Roma güləşi üzrə milli komandamız Avropada birinci olub. Onlardan Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medala sahib çıxıblar. Qadın güləşçilərimiz Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) da yarışı bürünc mükafatla başa vurublar.