"Ayaks"ın futbolçusu Mika Qodts Erediviziyada baxımlı qola imza atıb.
Offsideplus.az xəbər verir ki, "NAK Breda" - "Ayaks" oyununda fərqlənən 20 yaşlı gənc ulduz mərkəz xəttindən topu qəbul edərək solo qol vurub.
Görüş "Ayaks"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda hazırda turnir cədvəlində 54 xalla 4-cü yerdədir.
Baxımlı qolun videosunu təqdim edirik:


