"Mançester Siti"nin müdafiəçisi Con Stounz bu yay klubdan ayrılmağa hazırlaşır və onun keçmiş klubu "Everton"a qayıtmaq ehtimalı yaranıb.

Offsideplus.az xəbər verir ki, müqaviləsi başa çatan 31 yaşlı müdafiəçi yayda azad agent olacaq.

"Everton" zədəli Jarrad Brantueytin yerini doldurmaq üçün təcrübəli futbolçunu geri qaytarmaqda qərarlıdır. Baxmayaraq ki, ingilis müdafiəçi son illərdə zədələrdən əziyyət çəkir, Liverpul təmsilçisi onun təcrübəsinə və liderlik keyfiyyətlərinə güvənir.

Qeyd edək ki, Stounz 2016-cı ildə 47,5 milyon funt-sterlinq qarşılığında "Everton"dan "Siti"yə keçmiş və Pep Qvardiolanın rəhbərliyi altında dünyanın yaxşı müdafiəçilərindən birinə çevrilmişdi.