"Arsenal" yenidən Premyer Liqanın vahid liderinə çevrilsə də, baş məşqçi Mikel Arteta "Mançester Siti" və "Nyukasl"la oyunlardakı hakim qərarlarından narazılığını bildirib.

Offsideplus.az xəbər verir ki, "topçular" Ebereçi Ezenin erkən qolu sayəsində "Nyukasl"ı 1-0 məğlub edərək "Mançester Siti"ni 3 xal qabaqlayıb. Lakin Arteta matçın 74-cü dəqiqəsində Viktor Dyökereşə qarşı kobudluq edən qapıçı Nik Pounun qırmızı vərəqə almamasına etiraz edib.

Hakim isə isveçli hücumçunun qapıya birbaşa zərbə imkanının olmadığını əsas gətirərək qapıçıya yalnız sarı vərəqə göstərib.

Arteta qeyd edib ki, çempionluq yarışında qol fərqi həlledici ola bilər və rəqib 10 nəfər qalsaydı, "Arsenal" daha böyükhesablı qələbə qazanmaq şansı əldə edərdi.