Bu axşam Türkiyə Super Liqasında İstanbul derbisi olacaq.

Offsideplus.az xəbər verir ki, lider "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbağça"nı qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

"Qalatasaray" 71 xalla liderdir. "Fənərbağça" onlardan 4 xal geri qalır.

Qeyd edək ki, Super Liqada mövsümün başa çatmağında 4 tur qalıb.