"Fənərbağça" İdman Klubunun konqres üzvü tərəfindən irəli sürülən şok təklif idman ictimaiyyətində geniş əks-səda doğurub.
Offsideplus.az xəbər verir ki, təklifdə mövcud strukturun tamamilə ləğv edilməsi və daha sərt idarəçilik prinsipləri olan yeni bir futbol klubunun yaradılması nəzərdə tutulur.
İnanılmaz dəyişiklikləri hədəfləyən layihənin əsas bəndləri aşağıdakılardır:
- Yeni klubun qurulması: Mövcud "Fənərbağça" İdman Klubu bağlanacaq. Onun əvəzinə 2027-ci ildən etibarən fəaliyyətə başlayacaq "Fənərbağça" Futbol Klubu təsis ediləcək.
- Üzvlük şərtləri: Yeni klubda konqres üzvü olmaq yalnız xüsusi referans əsasında mümkün olacaq. Köhnə "Fənərbağça" konqres üzvləri avtomatik olaraq yeni kluba daxil edilməyəcək.
- Stadion və abunəlik: Stadion öz yerində yenidən inşa ediləcək. Köhnə stadion üçün alınan mövsümlük biletlər (kombinlər) yeni arenada keçərli olmayacaq.
- Sərt idarəçilik prinsipləri:Ardıcıl 2 il uğursuz olan prezident vəzifəsinə davam edə bilməyəcək, uğursuz olan baş məşqçiyə bir daha klubda vəzifə verilməyəcək.
Bu radikal təklifin klub rəhbərliyi və azarkeşlər tərəfindən necə qarşılanacağı maraq doğurur.


