"Liverpul"un hücumçusu Məhəmməd Salah üçün mövsüm vaxtından əvvəl başa çatıb.

Offsideplus.az xəbər verir ki, Misir yığmasının texniki direktoru İbrahim Həsən futbolçunun "Kristal Pelas"la matçda (3:1) bud nahiyəsindən ciddi zədə aldığını açıqlayıb. Onun sözlərinə görə, 33 yaşlı ulduzun sağalması üçün ən azı dörd həftə lazımdır və o, artıq "qırmızılar"ın heyətində son oyununa çıxıb.

Mövsümün sonunda komandadan ayrılacağını daha əvvəl elan edən Salah, "Liverpul"dakı 9 illik möhtəşəm karyerasını meydanda deyil, tribuna önündə azarkeşlərlə vidalaşaraq yekunlaşdıracaq.

Misirli hücumçu "Brentford"a qarşı keçiriləcək mövsümün son oyunundan sonra fanatlara müraciət edəcək.