Azərbaycan dünya reytinqində birinci oldu.
Offsideplus.az xəbər verir ki, dünya Mini-Futbol Federasiyası (WMF) 2026-cı il üçün yenilənmiş dünya reytinq cədvəlini rəsmi olaraq elan edib.
Açıqlanan siyahıda Azərbaycanın əsas milli komandası rəqiblərini geridə qoyaraq zirvədəki yerini möhkəmləndirib.
Kişi yığma komandaların sıralamasında Azərbaycan 4085 xal toplayaraq dünya reytinqinə başçılıq edir. İlk onluğa daxil olan ölkələr və xalları aşağıdakı kimidir:
- Azərbaycan – 4085
- Serbiya – 3890
- Rumıniya – 3385
- Macarıstan – 3265
- Monteneqro – 2472.5
- Qazaxıstan – 2450
- Çexiya – 1950
- Mavritaniya – 1760
- Fransa – 1665
- Bosniya və Herseqovina – 1625
23 yaşadək futbolçulardan ibarət yığmaların reytinqində isə Çexiya liderlik edir. Azərbaycanın gənc millisi bu siyahıda da dünyanın ən güclüləri arasındadır:
- Çexiya – 1017.5
- Slovakiya – 950
- Kolumbiya – 592.5
- Serbiya – 540
- Azərbaycan – 440
- Moldova – 230
- Misir – 185
- İngiltərə – 160
- Hindistan – 110
- Ukrayna – 65
Qadın milli komandalarının sıralamasında isə ABŞ (1327.50 xal) birinciliyini qoruyur. Onu müvafiq olaraq Meksika və Slovakiya izləyir.
Azərbaycanın həm əsas, həm də gənclər səviyyəsində reytinq cədvəllərinin yuxarı pillələrində qərarlaşması ölkədə mini-futbolun son illərdəki sürətli inkişafının göstəricisidir.






