Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli olub.

Bu barədə Offsideplus.az saytına açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub rəsmisi bildirib ki, müdafiəçi hazırda fitnes məşqçilərinin nəzarəti altında məşqlərə start verib. Futbolçu fərdi məşqlərə iki həftədən sonra çıxacaq.

Qeyd edək ki, Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində fevral ayında baş tutan “Nyukasl"la oyunda zədələnmişdi.