"Barselona" rəhbərliyi yay transfer dövrü üçün indidən hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, onlar "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresi yay transfer pəncərəsində heyətinə qatmaq üçün rəsmi danışıqlara start verib.
Kataloniya təmsilçisi artıq Madrid klubu ilə əlaqə saxlayaraq argentinalı forvardın mümkün transferi ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb.
Klubun baş məşqçisi Hansi Flik rəhbərlikdən yeni bir "9 nömrə" istəyib. Alman mütəxəssis Alvaresi gələn mövsüm Lamin Yamal və Rafinya ilə birlikdə hücum üçlüyünü tamamlayacaq ideal namizəd kimi görür.
Transfer prosesində ciddi addım atan Hansi Flik şəxsən Xulian Alvaresə zəng edərək onunla "Barselona"ya mümkün keçidi barədə danışıb.
Flikin bu addımı oyunçunu layihəyə razı salmaq üçün həlledici rol oynaya bilər.


