Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçı keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, "Neftçi Arena"da oynanılacaq matç saat 20:00-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında aprelin 26-da keçirilən qarşılaşmada Ağdam təmsilçisi 5:1 hesabı ilə qalib gəlib.

30 aprel (cümə axşamı)

20:00 “Neftçi” – “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev 

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”