Paulo Dibala gələcək karyerası barədə hələ ki qərar verməyib. 

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçunun "Roma" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Hücumçu "Roma" ilə mövsümü ən yaxşı şəkildə başa vurmaq istəyir. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun adı müxtəlif mənbələrdə "Boka Xuniors" klubu ilə hallanırdı.

Qeyd edək ki, Dibala 2022-ci ildən "Roma"nın formasını geyinir.