“Şəfa” futbolçusu Ramin Nəsirli ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Ramin Nəsirli 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir.

Qeyd edək ki, "Şəfa" bunadək Tərlan Quliyevlə və Elnur Cəfərovla da müqaviləni uzadıb.