Fransanın PSJ klubunun futbolçusu Qonsalu Ramuş karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu "Milan"  klubunun diqqət mərkəzindədir.

Onun yaxın müddətdə Paris təmsilçisi ilə vidalaşacağı gözlənilir.

Qeyd edək ki, portuqaliyalı forvard ötən mövsüm bütün yarışlarda 45 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.