Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” ABŞ Açıq Kubokunun 1/8 final mərhələsində “Van Noksvill” komandası ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, görüş "Kolumbus Kru"nun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, komanda adını növbəti mərhələyə yazdırıb.
Həmyerlimiz meydana start heyətdə çıxıb və sona qədər top qovub.
Qeyd edək ki, bu, 22 yaşlı hücumçunun ABŞ-də keçirdiyi 5-ci oyunu olub.


