İngiltərə Futbol Assosiasiyası (FA) "Çelsi" klubunun vingeri Mixaylo Mudrik barəsində şok qərar qəbul edib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə yaşıl meydanlardan kənarlaşdırılıb.

​Məlumata görə, Mudrikin 2024-cü ilin sonunda verdiyi test analizlərində qadağan olunmuş meldonium maddəsi aşkarlanıb. Futbolçu həmin vaxtdan bəri müvəqqəti olaraq oyunlardan uzaqlaşdırılsa da, FA-nın apardığı uzunmüddətli araşdırma nəticəsində ona maksimum cəza verilməsi qərara alınıb.

​Ukraynalı futbolçu bu qərarla razılaşmayaraq Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti təqdim edib. CAS artıq şikayətin daxil olduğunu və tərəflərin yazılı bəyanatlarının toplandığını təsdiqləyib.

"Bu mənim üçün tam şok oldu. Mən heç vaxt bilərəkdən qadağan olunmuş maddələrdən istifadə etməmişəm və günahsızlığımı sübut etmək üçün sonadək mübarizə aparacağam." 

​Hazırda "Çelsi" rəsmi şərh verməkdən imtina edib. Mudrikin hüquq müdafiəçiləri cəzanın minimuma endirilməsinə və ya tamamilə ləğvinə çalışırlar.

Xatırladaq ki, Mudrik 2023-cü ildə "Şaxtyor Donetsk" klubundan London təmsilçisinə böyük ümidlərlə transfer olunmuşdu.