"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"ə qayıdacağı iddiaları ilə bağlı ilk dəfə danışıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yalnız "qartallar"ın uğurlarına kökləndiyini bildirib:

"Real Madrid" və "Yuventus"la bağlı şayiələrlə maraqlanmıram.

Yeganə hədəfim "Benfica" ilə qalan 3 oyunumuzu qazanıb, növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni təmin etməkdir".

Qeyd edək ki, son çıxan xəbərlərə görə, "kral klubu"nun prezidenti Florentino Peresin bir nömrəli seçimi Joze Mourinyodur.