Keçmiş "Formula 1" pilotu Mik Şumaxer fürsət yaranacağı təqdirdə dünya çempionatına qayıtmaqdan imtina etməyəcəyini etiraf edib.

Offsideplus.az xəbər verir ki, "Haas"ın heyətində iki mövsüm keçirdikdən sonra əsas pilot yerini itirən alman sürücü hazırda karyerasını "IndyCar"da davam etdirir. Şumaxer qayıdış ehtimalı ilə bağlı bunları deyib:

"Əlbəttə, zaman-zaman "Formula 1"dəki çıxışlarımı xatırlamadığımı və bolid idarə etməyin necə hiss olduğunu düşünmədiyimi desəm, yalan olar. Əgər indi qayıtmaq şansım yaransaydı, bundan imtina etməzdim. Bu, dəqiqdir. Eyni zamanda, "IndyCar"dakı mühitin karyeram boyu qarşılaşdığım hər şeydən tamamilə fərqli olduğunu da qəbul edirəm".

Qeyd edək ki, 27 yaşlı pilot ötən il WEC seriyasında "Alpin" komandasında çıxış etdikdən sonra bu il "IndyCar"a keçid edib.