"Bayer" klubu müdafiəçi Edmond Tapsoba ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Burkina Fasodan olan 27 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2031-ci ilin yayına kimidir.
Tapsoba 2020-ci ildən "aspirinlər"də çıxış edir. O, burada ümumilikdə 266 oyunda 13 qol vurmağı bacarıb.


