"Fənərbağça" transfer bazarında səs gətirəcək addım ataraq "Liverpul"un ulduzu Endru Robertson üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu şotlandiyalı müdafiəçinin menecerini Türkiyəyə gətirərək şifahi təklifini çatdırıb. Təcrübəli futbolçunun bu təklifi dəyərləndirməyə aldığı bildirilir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Lakin klubdakı seçki prosesi transfer danışıqlarına təsir edib. Belə ki, "Fənərbağça"da seçki qərarı alındığı üçün hazırda bütün görüşmələr dayandırılıb.
Prosesin seçkilərdən sonra necə davam edəcəyi maraqla gözlənilir.


