AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti nüfuzlu təyinatını alıb.
Offsideplus.az xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Könül Mehdiyeva İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" klubları arasındakı oyuna təyin edilib.
Xatırladaq ki, sözügedən görüş mayın 3-də Barselonadakı məşhur "Nou Kamp" stadionunda keçiriləcək.


