"Real Madrid" klubunun prezidenti Florentino Perez Joze Mourinyonu yenidən baş məşqçi postuna gətirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, lakin klub rəhbərliyindəki bəzi üzvlər bu təyinatın mənfi nəticələnə biləcəyindən narahatdırlar.
Rəhbərlik daxilində portuqaliyalı mütəxəssisin həddindən artıq tələbkarlığının və sərt metodlarının oyunçulara psixoloji təzyiq göstərəcəyi, bununla da "Xabi Alonso 2.0" ssenarisinin yaşanacağı ehtimal edilir.
Perezin bu qayıdış üçün "çılğıncasına" istəkli olmasına baxmayaraq, idarə heyəti Mourinyonun yüksək gözləntilərinin komandadakı atmosferi korlayacağından ehtiyatlanır.
Buna baxmayaraq, Joze Mourinyo hazırda boş qalan baş məşqçi postu üçün ən güclü namizəd olaraq qalır.


