"Barselona" İspaniya milli komandasına Lamin Yamal ilə bağlı müraciət ünvanlayıb. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı hücumçunun yığmanın heyətində dünya çempionatının ilk oyunlarına çıxmamasını xahiş edib. Bu barədə "Sport" nəşri məlumat yayıb.

Lamin Yamal hazırda zədəlidir və onun DÇ-2026-ya qədər yaşıl meydanlara qayıtması gözlənilir. 

Qeyd edək ki, İspaniya millisinin ilk oyunları Kape-Verde və Səudiyyə Ərəbistanı yığmalarına qarşı olacaq.