"Sumqayıt" Azərbaycan çempionatları tarixində əlamətdar yubileyə imza atıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXIX turunda baş tutan "İmişli" ilə səfər qarşılaşması (2:0) "gənclik şəhəri" təmsilçisinin çempionatdakı 50-ci səfər qələbəsi olub.
Bu göstəriciyə 233-cü kənar meydan matçında çatan "Sumqayıt", turnir tarixində ən azı 50 səfər qələbəsi qazanan 12-ci klub kimi "Şəmkir"ə çatıb.
Qeyd edək ki, "Sumqayıt"ın elitadakı ilk səfər qələbəsi 2011/2012 mövsümünə təsadüf edir. Komanda 2011-ci il noyabrın 5-də səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edərək ilk belə uğurunu qazanmışdı.


