"Sumqayıt" Misli Premyer Liqasında XXI əsrin antirekorduna imza atıb.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi cari mövsümdə artıq 5-ci dəfə penaltidən yararlana bilməyib. XXIX turda İmişli ilə baş tutan səfər matçında (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsini qola çevirə bilməyərək bu uğursuz seriyanı davam etdirib.

Mövsüm ərzində qazanılan 8 penaltidən cəmi 3-nü dəqiq yerinə yetirən "Sumqayıt", bununla da 2001-ci ildən bəri bir mövsümdə 4 penalti qaçıran "Şəfa", Qarabag və "Sabah"ı "geridə qoyaraq" təkbaşına antirekordçu olub.

Məlumat üçün bildirək ki, bu mövsüm Premyer Liqada təyin edilən 60 penaltidən 48-i (80%) dəqiq tamamlanıb.