UFC-nin sabiq döyüşçüsü Dastin Porye promouşenin yüngül çəki dərəcəsi üzrə tarixinin ən yaxşı 5 idmançısının adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, amerikalı döyüşçünün siyahısında aşağıdakı simalar yer alıb:
1. Həbib Nurməhəmmədov (29-0)
2. İslam Maxaçev (27-1)
3. Bi Cey Penn (16-14-2)
4. İliya Topuriya (17-0)
5. Frenki Edqar (24-11-1)
Qeyd edək ki, siyahıda yer alan Topuriya yüngül çəkidə cəmi bir döyüş keçirib. O, "UFC 317" turnirində Çarlz Oliveyra ilə titul matçında üz-üzə gəlib.


