"Fənərbağça"da növbəti prezident seçkilərinin tarixi dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlilər"in hazırkı rəhbəri Sadettin Saran seçkilərin iyunda baş tutacağını elan edib. Səsvermə 6-7 iyun tarixlərində keçiriləcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

S. Saran seçkilərdə öz namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, o, 2025-ci ilin sentyabr ayından bəri İstanbul təmsilçisinə rəhbərlik edir.