"Bayern Münhen'in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının yarımfinalındakı PSJ ilə qarşılaşma öncəsi Harri Keynin çıxışını yüksək qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis 32 yaşlı hücumçunun yaşlandıqca daha da yaxşılaşdığını bildirib:
"O, hər vəziyyətdən qol vurmağı bacaran inanılmaz hücumçudur. Keynin həm bitiriciliyi, həm də liderlik keyfiyyətləri hər zaman yüksək olub".
Qeyd edək ki, Keyn bu mövsüm Çempionlar Liqasında 11 oyuna 12 qol vurub. İngiltərə millisinin kapitanı ümumilikdə cari mövsüm çıxdığı 45 matçda 53 dəfə fərqlənməyi bacarıb.


