"Qarabağ"ın müdafiəçisi Kevin Medina Ağdam klubunun heyətində yubiley matçına çıxıb.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, kolumbiyalı legioner "atlılar"ın formasında 200-cü oyununu keçirib. Müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXIX turunda Neftchi ilə baş tutan və Qarabag-ın 5:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmaya təsadüf edib.

2020-ci ilin yayından Ağdam təmsilçisinin uğurları üçün tər tökən Medina, ötən müddət ərzində ümumilikdə 6 qola imza atıb. Onun 200 oyunluq statistikası aşağıdakı kimidir:

Premyer Liqa: 117 oyun (3 qol)

Avrokuboklar: 69 oyun (3 qol)

Azərbaycan Kuboku: 14 oyun

Bununla da Kevin Medina "Qarabağ" tarixində 200 oyun həddinə çatan növbəti legioner olub.