PSJ klubunun daxilində gənc qapıçı Lukas Şevalye ilə bağlı gərginlik yaşanır.

Offsideplus.az xəbər verir ki, komanda yoldaşlarının bir çoxu fransalı qolkiperin kollektivdən uzaq durma səbəblərini anlamaqda çətinlik çəkir.

​Klub daxilindəki mənbələrin məlumatına görə, bu təcridolunma halı təkcə futbolçuların deyil, rəhbərliyin də diqqətindən yayınıb. Qeyri-adi xarakteri ilə seçilən gənc qapıçı, komanda daxilində tez-tez anlaşılmazlıqlarla qarşılaşır və özünü qrupdan kənarda tutur.

​Hazırda PSJ rəhbərliyinin bu "soyuq müharibə"ni aradan qaldırmaq üçün hansı addımları atacağı maraqla gözlənilir.