"Qarabağ" Azərbaycan çempionatları tarixində rəqib meydanlarında qazandığı böyükhesablı qələbələrin sayını 60-a çatdırıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu əlamətdar yubileyi Misli Premyer Liqasının XXIX turunda rəsmiləşdirib. "Neftçi"nin qonağı olan "Qarabağ" rəqibini 5:1 hesabı ilə məğlub edərək növbəti darmadağına imza atıb.
Hazırda "atlılar" həm ümumi, həm də səfər matçlarındakı böyükhesablı qələbə sayına görə ölkə çempionatlarının mütləq rekordçusudur.
Məlumat üçün bildirək ki, "Qarabağ" səfərdə ilk belə uğurunu 1992-ci il iyunun 29-da qazanıb. Həmin vaxt Kürdəmir "Şirvan"ı ilə qarşılaşan ağdamlılar meydanı 3 cavabsız qolla tərk etmişdilər.


