AFFA-nın əməkdaşı Zəhra Vəlizadə beynəlxalq səviyyədə mühüm uğura imza atıb.

Offsideplus.az federasiyaya istinadən xəbər verir ki, o, nüfuzlu ENGSO Youth təşkilatının 2026-2027-ci illər üzrə Azərbaycan nümayəndəsi seçilib.

Z. Vəlizadə növbəti iki il ərzində proqramın "Dayanıqlı İnkişaf" işçi qrupunda fəaliyyət göstərərək, ölkəmizi beynəlxalq idman diplomatiyası və dayanıqlılıq mövzularında təmsil edəcək.

O, bu müddət ərzində Avropa standartlarının tətbiqi, uşaq və gənclərin idmandakı hüquqlarının müdafiəsi və yeni fəaliyyət planlarının hazırlanmasında iştirak edəcək.